Çexiyada prezident seçkiləri keçirildi - Qalib məlumdu (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Çexiyada prezident seçkiləri keçirildi - Qalib məlumdu (YENİLƏNDİ)

Çexiyanın hazırkı prezidenti Miloş Zeman ölkədə keçirilən prezident seçkilərinin birinci turunda liderliyi ələ keçirib.

Səsvermənin seçki məntəqələrinin 95 faizi üzrə nəticələrinə əsasən, seçicilərin 39,1 faizi (1,87 mln. səs) Miloş Zemana etimad göstərib. Elmlər Akademiyasının sabiq sədri Yirji Draqoş da 26,3 faiz səslə (1,25 mln. səs) ikinci tura adlayıb.

Qeyd edək ki, Çexiyada prezident seçkilərinin birinci turu 12-13 yanvar tarixlərində keçirilib. İkinci tur 26-27 yanvar tarixlərində keçiriləcək.

***

Çexiyada prezident seçkiləri keçirilib.

Publika.az xəbər verir ki, seçici fəallığı 60 faiz təşkil edib. Hazırda səslərin hesablanmasına başlanılır.

Qeyd edək ki, seçkidə 9 namizəd iştirak edib, o cümlədən hazırkı prezident Miloş Zeman. Namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməsə, 14 gün sonra seçkilərin ikinci turu keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm