Dünya
Lavrov: “ABŞ bu ölkəni parçalamaq istəyir”
“Vaşinqton Suriyanın ərazi bütövlüyünü saxlamaq istəmir”.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov 2017-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin nəticələri ilə bağlı keçirilən mətbuat konfansında deyib.
“Bizim müşahidə etdiyimiz hərəkətlər göstərir ki, Birləşmiş Ştatlar Suriyanın ərazi bütövlüyünü saxlamaq istəmir. ABŞ “Suriya Demokratik Gücləri”adlanan qruplaşmaya sərhəd təhlükəsizliyinin hansısa zonalarını yaratmağa kömək etmək istəyir. Bu, Türkiyə və İraqla sərhədboyu böyük ərazinin ayrılmasını bildirir”, - Lavrov bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Suriyada “ordu” (ABŞ “Suriya Demokratik Güçləri”ndən ibarət olan 30 min nəfərlik “Sərhəd Təhlükəsizlik Gücü”nü quracağını açıqlayıb –red.) qurma səyləri ölkənin ərazi bütövlüyünə zərər verə bilər.
“ABŞ-dan bu mövzuda ətraflı şərh gözləyirik”, - Rusiya xarici siyasət idarəsinin başçısı vurğulayıb.
Rusiyalı diplomat qeyd edib ki, Suriya Milli Dialoq Konqresi münaqişənin nizama salınması üzrə BMT-nin işini stimullaşdırmalıdır. Lavrov ümid etdiyini bildirib ki, konqres Cenevrədə keçirilən danışıqlara kömək edə biləcək.
Qeyd edək ki, konqresi yanvarın 29-20 tarixlərində Rusiyanın Soçi şəhərində keçirilməsi nəzərdə tutulub. Burada Suriyanın müxtəlif siyasi güclərini təmsil edən təxminən 1,5 min nümayəndənin iştirakı gözlənilir.
Ömər Dağlı
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər