“Ukraynaya qarşı nüvə silahı...”- Moskvadan SENSASİYALI BƏYANAT
Bizi izləyin

Dünya

“Ukraynaya qarşı nüvə silahı...”- Moskvadan SENSASİYALI BƏYANAT

“Rusiya Krımda keçirilən referendumdan sonra yaranmış vəziyyət çərçivəsində Ukraynanın ərazi bütövlüyünə hörmət edir”.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov 2017-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin nəticələri ilə bağlı keçirilən mətbuat konfansında deyib.

“Biz o sərhədlərdə Ukraynanın ərazi bütövlüyünə hörmət etməkdə davam edirik ki, bu sərhədlər Krımda keçirilən referendumdan və Krımın Rusiyaya yenidən birləşdirilməsindən sonra yaranıb. 1994-cü ildə imzalanan Budapeşt memorandumu ilə Ukrayna nüvə silahından imtina etdi. Rusiya, ABŞ və Böyük Britaniya zəmanət verdi ki, Ukraynaya qarşı nüvə silahını tətbiq etməyəcəklər. (Kiyev hesab edir ki, Budapeşt memorandumunu imzalayan ölkələr Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə təhlükə kəsb edən hərəkətlər etməmək, eləcə də Ukraynaya iqtisadi təzyiq göstərməmək öhdəliyini götürmüşdülər –red.) Biz Ukraynanı nüvə silahı ilə hədələməmişik və bu silahı tətbiq etməmişik. Buna görə də memorandumun heç bir pozuntusu olmayıb. Və Ukrayna paralel olaraq memorandumla irqçi və neonasist tendensiyalarını həvəsləndirməmək barədə öhdəliyiə üzərinə götürdü”, - Lavrov bildirib.

Onun sözlərinə görə, Maydan hadisələrindən sonra baş verənlər məhz bu öhdəliklərin kobud pozulması nəticəsində ortaya çıxdı. Rusiya xarici siyasət idarəsinin başçısı qeyd edib ki, Krımdakı referendum beynəlxalq hüquqa tam uyğunluqla keçirilmişdi.

Lavrov vurğulayıb ki, Qərb Ukrayna mövzusuna süni miqyas verir və ona Rusiya ilə qarşıdurmada məhək daşı kimi baxılır:

“Belə yanaşmanı səhv və tamamilə siyasiləşdirilmiş hesab edirəm”.

Rusiya diplomatı qeyd edib ki, ABŞ və Avropa da indiki Ukrayna hakimiyyətinin Donbasda güc tətbiqinə çalışdığını görür. Lavrov bildirdi ki, Rusiya 2015-ci ilin fevralında imzalanmış Minsk razılaşmalarının tam və ardıcıl reallaşdırılması yolu ilə münaqişənin nizama salınmasına nail olmağa davam edəcək. O, Minsk razılaşmalarının münaqişənin həllinin yeganə yolu olduğunu söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm