“Bu silahlarla Rusiyaya zərbə endiriləcək” - Moskvadan SOS
Bizi izləyin

Dünya

“Bu silahlarla Rusiyaya zərbə endiriləcək” - Moskvadan SOS

ABŞ-ın Yaponiyada yerləşdirdiyi raket hücumundan müdafiə sistemlərinin Rusiyaya qarşı olduğuna dair bir çox sübutlar var.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

“Yaponiyalı həmkarların arqumentlərinə görə, “Aegis Ashore” sistemi, daha doğrusu onun variasiyası Cənubi Koreya və Avropadakı sistemlərdən əhəmiyyətli fərqlənir. Amma biz belə məlumatlara malik deyilik”, - Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiyanın əldə etdiyi məlumatlar onu göstərir ki, “Aegis Ashore” sistemi universal işəsalma qurğularına malikdir və zərbə silahlarını tətbiq etməyə qadirdir. Lavrov həmçinin qeyd edib ki, Rusiya Amerika sistemlərinin Tokio tərəfindən müstəqil idarə olunacağına şübhələnir.

“Biz Yer kürəsinin hər hansı nöqtəsində ABŞ-ın öz silahlarının üzərində nəzarəti başqa ölkəyə verdiyi barədə bilmirik. Mən şübhələnirəm ki, bu, Yaponiyada istisna təşkil edəcək” - nazir vurğulayıb.

Lavrov əlavə edib ki, Moskva bu məsələdə Tokiodan daha inandırıcı məlumatlar almaq istəyir.

“İndi amerikalı həmkarlar Rusiyaya bildirirlər: narahat olmayın, bu sistemlər sizə qarşı deyil. Amma bir çox sübutları var ki, bütün bunlar belə deyil”.

Qeyd edək ki, “Aegis Ashore” iki yerüstü kompleksin 2023-cü ilə kimi Yaponiyada yerləşdirilməsi nəzərdə tutulur. Moskvada bu qərarı orta və kiçik mənzilli raketlərin məhvi haqqında müqavilələrin pozulması kimi qiymətləndirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm