Ukraynada döyüşlər nə qədər davam edəcək? – Təhlükəli proqnoz
Bizi izləyin

Dünya

Ukraynada döyüşlər nə qədər davam edəcək? – Təhlükəli proqnoz

Ukraynada döyüşlər nə qədər davam edəcək? – Təhlükəli proqnoz

Ukraynanın Luqansk və Donetsk vilayətlərində antiterror əməliyyatları bir ilə qədər davam edə bilər.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, belə bir proqnozla “Donetsk” milli qvardiya batalyonunun komandiri Semyon Semençenko çıxış edib.

“Bəzi insanlar hesab edir ki, antiterror əməliyyatları bir neçə həftəyə bitəcək. Onlardan fərqli olaraq hesab edirəm ki, əməliyyatların bir il davam etməsi mümkündür", Ukrayna telekanallarından birinə açıqlamasında batalyon komandiri deyib.

O qeyd edib ki, bir ay ərzində əməliyyatları başa çatdırmaq mümkündür: “Amma bunun üçün ilk növbədə Rusiyadan silah və diversantların çatdırılması kanallarını kəsmək lazımdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm