“Hər an başlaya bilər” - Ərdoğan “Mehmetcik”in HƏDƏFLƏRİNİ AÇIQLADI
Bizi izləyin

Dünya

“Hər an başlaya bilər” - Ərdoğan “Mehmetcik”in HƏDƏFLƏRİNİ AÇIQLADI

“Sərhədlərimizdə bir terror ordusu qurulur. Bizim üzərimizə düşən iş onu qurulmadan boğmaqdır”.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“PYD, YPG, PKK, DEAŞ... Nə olursunız-olun, sizi məhv edəcəyik. Bunun başqa yolu yoxdur. ABŞ sərhəddə 30 min nəfərlik ordu qurur. ABŞ-ın artıq söz oyunlarından imtina edərək gerçək niyyətini açıqlamasını istəyirik”, - Türkiyə prezidenti bildirib.

Afrin əməliyyatının hər an başlaya biləcəyini deyən Ərdoğan qeyd edib ki, 30 min nəfərlik ordu onu quranları tam təmsil edə bilməyəcək və strateji tərəfdaşı qarşısında rüsvay olacaqlar:

“Bizim bütün müttəfiqlərimizə sözümüz budur: terrorçularla aramızda durmayın, qatil sürüləri ilə aramıza girməyin. Ortaya çıxacaq arzuolunmaz hadisələrə görə məsuliyyət daşımayacağıq. Terror təşkilatının üzərindəki bayraqlarınızı özünüz endirin ki, onları sizə təslim etmək məcburiyyətində qalmayaq. Türkiyə Silahlı Qüvvələri ən qısa müddətdə Afrin və Münbiç məsələsini həll edəcək. Əməliyyat istənilən vaxt başlaya bilər. Daha sonra növbə digər regionlarındır. Bu əməliyyatlar sonuncu terrorçu məhv edilənə kimi davam edəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm