Saakaşvilidən Poroşenkoya "gözü çıxmış qardaş" nümunəsi
Bizi izləyin

Dünya

Saakaşvilidən Poroşenkoya "gözü çıxmış qardaş" nümunəsi

Poroşenkoya Saakaşvili nümunəsi – Gözü çıxmış qardaşdan nə örənmək olar?

Ukraynada prezident seçkilərində qalib gələn Pyotr Poroşenko bir neçə gündən sonra and içərək vəzifəsinin icrasına başlayacaq. Ölkə vətəndaşlarının cavabını axtardığı əsas sual isə böyük ümid bəslədiyi yeni prezidentin Ukraynanın yaşadığı problemləri necə həll edəcəyidir.

Publika.az-ın verdiyi xəbərə görə, ABŞ-ın məşhur “Forbes” jurnalının yazarı Melik Kaylan bu suala cavab axtararkən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin siyasi təcrübəsindən öyrənməli bəzi şeylərin olduğunu bildirir. Onun fikrincə, Moskva hazırda Ukraynanın qarşılaşdığı vəziyyətdən mütləq öz xeyrinə istifadə etməyə çalışacaq. M. Kaylan qeyd edir ki, istənilən halda narazı elementlər Kremlin dəstəyini alacaq. Narazı elementlərin kimliyinə gəlincə, bunlar hakimiyyətdən uzaqlaşdırılan Viktor Yanukoviçin partiyasının qalıqları və öz vəzifələrindən məhrum olmuş dövlət qulluqçularıdır. “Bu vəziyyətdə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin nümunəsinə diqqət yönəltmək faydalı olardı. Çünki Gürcüstanın keçməli olduğu bir çox tələlərə Ukrayna da düşə bilər”, deyə Kaylan bildirir.

Qeyd edək ki, M.Kaylanın Gürcüstanla bağlı bir neçə reportajı var. O bildirir ki, Saakaşvili ilk növbədə qanunun diktaturasını necə tətbiq etmək lazım olduğunu düşündü: “Onun hərəkətlərinin iki ssenarisi var idi: yavaş və sürətli. Əhali tərəfindən güclü dəstəklənən Saakaşvili inqilabçı yanaşmanı seçməyə qərar verdi. Onun prezidentliyinin bir gecəsində yol polisi təxminən 15 min əməkdaşından məhrum oldu. O, həmçinin sovet dövrünün mentalitetinə sahib olan bütün məmurlardan qurtuldu. Ölkənin ictimai statusu tezliklə qərbyönümlü oldu. Sovet dövrünün bir çox peşəkarları, hansı ki yaşı 45-dən çox idi, işdən çıxarıldılar. Ölkə rəqabətə davamlı dövlətə çevrildi. Saakaşvili hətta qlobal maliyyə böhranı dövründə ümumi daxili məhsulun 8 faiz artımı ilə lovğalana bilərdi. Amma M. Kaylan bildirir ki, Saakaşvilinin rəqibləri yalnız ölkə daxilindəki müxalifət deyildi: “Ruslar Saakaşviliyə onun istədiyi şəkildə dövlətin gəmisini idarə etməyə icazə vermədilər. Normal şərtlərdə hakimiyyət ölkəyə dividentləri gətirməyə başlayan kimi narazılar tədricən sakitləşir. Amma Moskva embarqo, müdaxilələr və açıq partlayış fəaliyyətinin köməyi ilə gərgin siyasi dövrü uzatmağa çalışırdı. Əgər siz daim partlayış fəaliyyəti, güclü və düşmən qonşunun çirkli fəndlərinə, eyni zamanda, daxildəki müttəfiqlərə qarşı dursanız, bütün bunlar yekunda sizə öz siyasi instinktlərini həyata keçirməyə mane olur. Və sonda seçkilərə 10 gün qalmış məhbuslara qarşı qəddar rəftarla bağlı qalmaqal yaradan görüntülər milli siyasət məsələlərinin əsas müzakirə mövzusu oldu. Bir sözlə, Moskva sizə gücün köməyi, həmçinin seçkilərdə fırıldaqlar, təbliğat, iqtisadi təzyiq və partlayış fəaliyyətinin maliyyələşdirilməsi ilə qalib gələ bilər”.

“Forbes”in yazarı bildirir ki, P. Poroşenko yavaş və ehtiyatla hərəkət etməlidir. Melik Kaylan hesab edir ki, Poroşenko ölkə iqtisadiyyatının yenidən strukturlaşdırmasını həyata keçirməyi istəyərsə, o, mütləq müqavimətlə qarşılaşacaq. “Mümkündür ki, eyni zamanda, ölkənin şərqində sənaye sektorunun müasirləşdirilməsinin həyata keçirilməsi yolu ilə Donetsk işçilərini ələ almaq lazım gələcək. Həmçinin lazımdır ki, işgüzar sfera və bürokratik aparata qanunun diktaturasını tətbiq etmək üçün məhkəmə sistemi tamamilə yenidən qurulsun. Və bütün bunları Ukraynanın ən yaxın qonşusunun daimi müdaxilə təhlükəsi altında etmək lazım gələcək. Bütün bunlar icrası mümkün olmayan məsələlər kimi görünür, amma tamamilə yerinə yetirmək olar. Əgər Ukraynanın Qərb müttəfiqləri Moskvaya nəzarət edəcəklərsə.

Halbuki Gürcüstanda bunu etmədilər. Bu dəfə isə Qərb məsuliyyəti öz üzərinə götürməyə məcburdur”, deyə ABŞ jurnalının yazarı sonda qeyd edir. Yeri gəlmişkən, sabiq Gürcüstan prezidenti, P. Poroşenkonun müşaviri də ola bilər. Bu barədə bir neçə gün əvvəl Vitali Kliçko məlumat yayıb. Onun sözlərinə görə, Saakaşvili Ukrayna tərəfinə özü öz xidmətlərini təklif edib. Ukraynanın yeni prezidentinin komandasına, eləcə də Gürcüstanın sabiq iqtisadiyyat naziri Kaxa Bendukidze daxil ola bilər.Gürcüstanın “sabiqlər”i Poroşenkonun nəyinə lazım ola bilər? Yaxud da Moskvaya qalib gələ bilməyən Saakaşvili Poroşenkoya uğur qazanmaq üçün hansı məsləhətlər verə bilər?

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm