Həsən Ruhanidən XƏBƏRDARLIQ: “Bu, müharibəni körükləyəcək”
Bizi izləyin

Dünya

Həsən Ruhanidən XƏBƏRDARLIQ: “Bu, müharibəni körükləyəcək”

ABŞ-ın Suriyada quracağı 30 min nəfərlik hərbi güc bölgədə gərginliyi artıracaq və müharibəni körükləyəcək.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, belə xəbərdarlıqla Suriya parlamentinin spikeri ilə Tehranda keçirilən görüşdə İran prezidenti Həsən Ruhani çıxış edib.

“ABŞ-ın Suriya ilə bağlı yeni planı beynəlxalq qanunlara ziddir və Suriyanın müstəqilliyi ilə ərazi bütövlüyünə təhdid yaradır”, - dövlət başçısı deyib.

Xatırladaq ki, analoji bəyanatla yanvarın 16-da İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi çıxış edib. ABŞ-ın Suriyada quracağı 30 min nəfərlik ordunun regionda gərginliyi artıracağını deyən Qasımi ABŞ-ın Suriyanı tərk etməli olduğunu bildirıb.

Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altında İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi ilə formalaşdırılan koalisiyanın mətbuat xidmətinin rəhbəri Tomas Vil “Suriya Demokratik Qüvvələri”nə aid 30 minlik sərhəd xidmətinin yaradılacağını bəyan edib. Onun əsasını PYD terror təşkilatı təşkil edəcək. Sərhəd ordusu Suriyanın Türkiyə və İraqla olan sərhədlərini mühafizə edəcək.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm