Dünya
SSRİ-ni bitirən “Bjezinski planı” indi Rusiyaya qarşı işə salınır
Amerika–Rusiya əlaqələrinin Ukraynadakı hadisələrə görə pisləşməsindən sonra politoloqlar Zbiqnev
Bjezinski 80-ci illərdəki planının təkrarlanmasını proqnozlaşdırırlar.
Bejinskinin planı ovaxtkı soyuq müharibədə ABŞ-ın qələbəsini təmin etdi. Amerikalılarla ilə gizli danışığa gedən Səudiyyə Ərəbistanı dünya bazarına külli-miqdarda neft çıxartmaqla enerji daşıyıcıların qiymətini xeyli saldı.
Neftin qiyməti bir barel üçün 28 dollardan 10 dollara düşdü. İqtisadiyyatı enerjidaşıyıcıların qiymətindən, böyük ordusunun təchizatı neft pullarından asılı olan SSRİ sarsıldı. Birdən-birə ovaxtkı pulla 2 milyard (indiki pulla 25 milyard-red) itirən Sovet İttifaqı öz-özünə dağıldı.
Bjezinski planı təkrarlana bilərmi?
Bu sual indi bir çox siyasi təhlilçiləri düşündürür. Buna əsas da var. Rusiya Krımı özünə birləşdirdiyini bəyan edən kimi Barak Obama Səudiyyə Ərəbistanının kralı ilə görüşə tələsdi. Onların nə haqda danışdığını ehtimal etmək çətin deyil.
Amma indi 1984-cü il deyil. Rəsmi Ər-Riyad ABŞ-ın təklifinə o qədər də müsbət yanaşmır. Krallığın büdcəsi
neftin bir bareli üçün 95 dollardan hesablanıb. Neft istehsalını artırıb, qiyməti qəfildən aşağı salmaq krallığın
özü üçün təhlükəlidir. Ölkənin stabilliyi pozula bilər. ”Ərəb baharı”nı ölkəsində təkrarlanacağından qorxan
Səudiyyə Ərəbistanının şeyxləri Obamanın planına şübhə ilə yanaşırlar.
Odur ki, məşhur maliyyəçi, milyarder Corc Soros çıxış yolu kimi Vaşinqtondan öz strateji neft ehtiyatlarını
dünya bazarına çıxarmağı təklif edib. ABŞ-ın strateji neft ehtiyatları 900 milyon bareldir. Bu plan baş tutacağı
halda dünya bazarlarında neftin qiyməti bir barel üçün 10-12 dollar ucuzlaşacaq. Ekspertlərin fikrincə, belə
olan halda Rusiya 40 milyard dollar ziyana düşəcək.
İlqar Atabəyli
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!