• USD 1,7000 0,00% EUR 2,0122 -0,28%
    • GBP 2,3617 -0,22% RUB 0,0233 0,00%

Dünyanın ən gənc baş naziri Merkelə dərs verdi

  • Dünya
  • 18 Yanvar 2018 17:32
  • 1 044 Baxış
Dünyanın ən gənc baş naziri Merkelə dərs verdi

"Dünyanın ən gənc baş naziri" statusuna sahib olan Avstriyanın baş naziri Sebastian Kruz ilk xarici səfərini Almaniyaya edib.

Publika.az xəbər verir ki, almaniyalı həmkarı ilə görüşən baş nazirin ilk səfəri gərgin keçib.

Angela Merkel qaçqınların qəbul edilməsinə qarşı çıxan Şərqi Avropa Bloku ilə əməkdaşlıq edən Avstriyanın siyasətinə qarşı çıxıb və onun yanlış olduğunu söyləyib.

S.Kruz isə öz növbəsində qaçqın mövzusunun həddən artıq şişirdildiyini bildirib və qaçqınların problemlərini onların gəldiyi ölkələrə daha çox yardım etməklə həll oluna biləcəyini qeyd edib.

Avstriyanın 31 yaşlı baş naziri hələ ki, hüquq təhsilini tamamlamayıb. Avropada uzun müddətdir iqtidardakı liderliyini qoruyan Merkel isə gənc baş nazirin iqtidar barədə görüşləri ilə razı olmaq fikrində deyil.

Merkel Vyanada yeni qurulan hökuməti yaxından müşahidə edəcəyini deyib. Kruz isə Almaniyadakı seçkilərdən 116 gün keçməsinə baxmayaraq, hələ də bir hökumətin qurulmadığını xatırladıb.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR