Dünya
Moskva icazə verməyəcəyi halda... - Türkiyənin “B planı” HAZIRDIR
Rusiya Afrin əməliyyatında hava məkanından istifadə üçün Türkiyəyə icazə verməyəcəyi halda, Ankara “B planı”nı tətbiq edəcək.
Publika.az xəbər verir ki, bu haqda “Haber7” saytı yazıb.
Xəbərə görə, Ankara-Moskva xəttində Afrin əməliyyatı ilə bağlı danışıqlar davam etdirilir. Bildirilir ki, Türkiyə Silahlı qüvvələrinin Baş qərargah başçısı Hulusi Akar və Milli İstihbarat Təşkilatının (MİT) başçısı Hakan Fidanın Moskvaya dünənki səfərinin əsas gündəmi də məhz Afrin əməliyyatı olub.
Sayt qeyd edir ki, Türkiyə Rusiyadan Lazkiye və Xmeymim bazalarında yerləşdirilən S-400 hava hücumundan müdafiə sistemlərinin söndürülməsini istəyib. Eyni zamanda, Hulusi Akar Afrin əməliyyatında Suriya hava məkanından istifadə edilməsi üçün icazə istəyib. General PYD/YPG terror təşkilatının mövqelərinin bombalanması üçün Suriyanın hava məkanından istifadənin zəruriliyini vurğulayıb.
Təhlükəsizlik mənbələri də “Fərat Qalxanı” bölgəsi ilə müqayisədə dağlıq və qayalıqların olduğu Afrində hava əməliyyatının vacib olduğunu bildirirlər.
Rusiyanın Türkiyəyə hansı cavab verdiyi hələlik bilinmir. Moskvadan mənfi cavab alınarsa, ölkə daxilindən qırıcıların lazerlə işarələdiyi hədəflər yeni nəsil lazerli yönləndirmə dəsti (LGK) ilə idarə olunan və həssas yönləndirmə dəsti (HGK) ilə komplektləşdirilmiş aviabombalardan istifadə olunmaqla məhv ediləcək.
Ömər Dağlı
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO