ABŞ üçün 5 əsas təhdid açıqlandı – Yeni MÜDAFİƏ STRATEGİYASI
Bizi izləyin

Dünya

ABŞ üçün 5 əsas təhdid açıqlandı – Yeni MÜDAFİƏ STRATEGİYASI

Vaşinqton üçün təhdidlərin siyahısında Rusiya və Çin əsas prioritet olub.

Publika.az xəbər verir ki, bu haqda “Bloomberg” agentliyi “ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən hazırlanmış “Yeni müdafiə strategiyası”na istinadən bildirib.

Nəşr qeyd edir ki, terrorizm Amerika üçün əvvəllər əsas təhlükə idi hazırda terrorizm “birinciliyini” Moskva və Pekinə güzəştə gedib.

Sənədə əsasən, Moskva ilə Pekinə qarşı durmaq və hərbi potensial planında bu ölkələri qabaqlamağa davam etmək Vaşinqtonun əsas prioritetləridir. ABŞ Müdafiə Nazirliyi həmçinin qeyd edir ki, bu hədəflərin reallaşdırılması yüksək investisiyalar tələb edəcək.

“Çin və Rusiya hazırda beynəlxalq nizamı pozur”, - sənəddə deyilir.

Agentlik izah edir ki, ABŞ-ın müdafiə naziri Ceyms Mettis bir ildən sonra geosiyasətlə bağlı baxışlarını təqdim edir. Sənəddən həmçinin aydın olur ki, Pentaqon rəhbəri Amerika lideri Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə bağlı müsbət fikirlərini bölüşmür.

“Hər şey ordumuzun öldürücülüyünə imkan yaratmalıdır”, - müdafiə naziri əlavə edib.

Bununla belə, o qeyd edib ki, bütün sahələrdə - havada, quruda, dənizdə, kosmosda və kiberməkanda ABŞ-ın rəqabət üstünlüyü tədricən azalır.

Sənədə əsasən, Rusiya, Çin və terrorizmdən başqa, ABŞ-ın əsas təhdidlərinin siyahısında İran və Koreya Xalq Demokratik Respublikası yer alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm