Döyüşlər davam edir - Təyyarə bazası ƏLƏ KEÇİRİLDİ
Bizi izləyin

Dünya

Döyüşlər davam edir - Təyyarə bazası ƏLƏ KEÇİRİLDİ

Suriya ordusunun bölmələri İdlib əyalətinin cənubi-şərqində yerləşən Abu Duhur təyyarə bazasını ələ keçirib.

Publika.az xəbər verir ki, bu haqda terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directotate 4” teleqram-kanalı bildirib.

Kanalın məlumatına görə, döyüşçülər öz mövqelərini tərk edərək bazanı döyüşsüz veriblər. Hazırda bazaya tamamilə Suriya hərbçiləri tərəfindən nəzarət edilir.

Qeyd edək ki, təyyarə bazasının ərazisində yanvarda sərt döyüşlər gedirdi. Baza uğrunda döyüşlərdə hökumət qoşunları, İŞİD, “Ən-Nüsrə” Cəbhəsi və “Hayat Tahrir aş-Şam” qruplaşmaları iştirak edirdi.

Abu Duhur təyyarə bazası 2015-ci ilin sentyabrında terrorçular tərəfindən tutulmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm