Dünya
Rusiya Ukraynanı dənizdən mühasirəyə alır
Rusiya Ukraynanın dənizdən blokadaya alınması siyasəti həyata keçirir.
Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda Mariupol dəniz ticarət limanının ticarət xidmətinin rəhbəri İqor Barskiy bildirib.
Onun sözlərinə görə, Krımı Rusiyanın əsas hissəsi ilə birləşdirən Kerç körpüsü Mariupol limanının satış bazarları ilə əlaqəsini kəsir.
Məsələ ondadır ki, müasir okean gəmiləri bundan sonra Azov dənizi üzərindən Ukrayna limanlarına daxil ola bilməyəcək. Tikilən körpünün hündürlüyü 35 metr təşkil edir. Rusiya Nəqliyyat Nazirliyinin qaydalarına görə, Kerç boğazından keçəcək gəmilərin uzunluğa ən çox 160 metr, hündürlüyü isə 33 metr olmalıdır.
“Çənub-şərqi Asiya, Vyetnam, Cənubi Koreya, Malayziya, Meksika, Honduras və Birləşmiş Ştatların özü praktik olaraq yoxa çıxır. Bu istiqamətlərdə yüklər “Panamax” tipli böyük gəmilərlə daşınırdı”, - Barskiy şikayətlənib.
Qeyd edək ki, “Panamax” okean gəmiləri sinfidir. Belə gəmilər Mariupol limanında da yüklənirdi. Amma indi onlar Krım körpüsünün altından keçə keçməyəcək.
Ömər Dağlı
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı