• USD 1,7000 0,00% EUR 2,0067 +0,22%
    • GBP 2,3508 +0,58% RUB 0,0231 +0,43%

Düşmənə ağır ZƏRBƏ - Strateji məntəqə ələ keçirildi

  • Dünya
  • 23 Yanvar 2018 16:40
  • 1 270 Baxış
Düşmənə ağır ZƏRBƏ - Strateji məntəqə ələ keçirildi

Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində daha bir yaşayış məntəqəsi ələ keçirilib.

Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, ASO Afrinin qərbində yerləşən Cinderes bölgəsinin Əl-Hamam kəndi və ətraf təpələri PYD terror təşkilatından təmizləyib.

Cinderes bölgəsi PYD/PKK-nın Türkiyənin Hatay vilayətinin Reyhanlı mahalına hücumlar təşkil etdiyi ərazi olmaqla yanaşı, Afrinə birbaşa uzanan vadidə yerləşir. Bölgə Türkiyə Silahlı qüvvələri və ASO-nun irəliləməsi üçün strateji əhəmiyyət daşıyır.

Qeyd edək ki, Afrinin qərbi, şimalı və şimali-qərbindən başlayan əməliyyatın ilk 4 günündə 14 yaşayış məntəqəsi ələ keçirilmişdi.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR