Türkiyə ilə müharibə ABŞ-ın iki variantından biridir - FTB AGENTİ
Bizi izləyin

Dünya

Türkiyə ilə müharibə ABŞ-ın iki variantından biridir - FTB AGENTİ

“ABŞ Suriyada çox incə bir tarazlıq yaratmağa çalışır, lakin Suriyada döyüş meydanı kiçildikcə bu tarazlığı qorumaq qeyri-mümkün olacaq”.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) terrorla mübarizə üzrə keçmiş agenti, “Soufan Group” adlı şirkətin İdarə Heyətinin başçısı Əli Soufan “Nyu York Tayms” nəşrinə deyib.

Soufan ABŞ-ın iki variantının olduğu qənaətindədir.

“Bu variantlardan biri odur ki, ABŞ kürdlərə dəstəyini böyük ölçüdə azaldacaq. Bu isə Suriya və İraqda ABŞ-a dəstək olan bir neçə qrup tərəfindən ABŞ-ın yeni bir xəyanəti kimi qiymətləndiriləcək. Digər variant isə ondan ibarətdir ki, ABŞ NATO üzvü Türkiyə ilə ya birbaşa, ya da dolayı şəkildə döyüşmək riski ilə üz-üzə qalacaq”, - o bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm