Tramp Makronla Ağ Evdə nəyi müzakirə edəcək?
Bizi izləyin

Dünya

Tramp Makronla Ağ Evdə nəyi müzakirə edəcək?

ABŞ prezidenti Donald Tramp Fransalı həmkarı Emmanuel Makronu Ağ Evə dəvət edib.

Publika.az xəbər verir ki, aprel ayının sonlarında Fransa prezidentinin ABŞ-a rəsmi səfəri gözlənilir. Bu, Donald Trampın inauqurasiyasından sonra Makronun ABŞ-a ilk səfəridir.

Xatırladaq ki, D.Tramp 2017-ci il iyul ayının 14-də Fransaya səfər edib və fəxri qonaq qismində Fransanın milli bayramlarında iştirak edib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm