Jirinovski 2014-cü ildə... – Kiyevə edilən zəngin ŞOK DETALLARI
Bizi izləyin

Dünya

Jirinovski 2014-cü ildə... – Kiyevə edilən zəngin ŞOK DETALLARI

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski 2014-cü ildə Ukrayna Ali Radasının spikeri Andrey Parubiyə zəng edərək onu Ukraynaya qoşunları daxil etməklə hədələyib.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda spiker Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə bağlı Kiyevdə keçirilən məhkəmə prosesində deyib.

“Jirinovski mənim kabinetimə zəng vurdu. O, təhdidlər səsləndirir, Ukraynanın öz müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi üzrə aktiv siyasət həyata keçirəcəyi halda, Ukraynanın materik hissəsində qoşunların tətbiqi haqqında danışırdı”, - Parubiy bildirib.

Ali Radanın başçısı əlavə edib ki, təhdidlər həmçinin şəxsi xarakter daşıyırdı: “Ukraynanın öz müdafiəsini təşkil edəcəyi halda, mənə qarşı cinayət işləri açılacaq və mənim həyatımı hədələyən hərəkətlər ediləcəkdi”.

Bundan başqa, Parubiy bildirib ki, Rusiya hələ 2012-ci ildən Ukraynanın tutulmasına hazırlıq görürdü.

Qeyd edək ki, Jirinovski Ukraynanı tez-tez məhv etməklə hədələyir. Rusiyalı siyasətci son olaraq yanvarın 19-da “Rossiya 1” telekanalın efirində “60 dəqiqə” proqramında Ukrayna ordusunu məhv etməklə hədələyib.

“Martın 18-də keçiriləcək seçkilərdə qələbə qazanacağım halda, artıq martın 20-də Kiyevin üzərində Rusiya bayrağı dalğalanacaq və Ukraynanın bütün ordusu məhv ediləcək”, - o bildirib.

Donbasın reinteqrasiyası haqqında qanunun Ukrayna Ali Radasında qəbuluna sərt reaksiya verən Jirinovski hətta Kursk döyüşünün tarixini təkrarlamaq niyyətini ifadə edib və mümkün ssenarini açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Jirinovski daha əvəll “KremlTV”-nin efirində bildirib ki, Ukraynanın taleyi həll edilib və onun yarısı Rusiya tərəfindən tutulacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm