8 il əvvəl ölən bacı-qardaşın cəsədi 77 yaşlı qadının evindən çıxdı
Bizi izləyin

Dünya

8 il əvvəl ölən bacı-qardaşın cəsədi 77 yaşlı qadının evindən çıxdı

Rusiyanın Moskva şəhərində yaşayan 77 yaşlı bir qadın dünyasını dəyişən bacı və qardaşını mumyalayaraq öz evində saxlayıb.

Publika.az xəbər verir ki, qadın bu hərəkətinə səbəb kimi yas mərasimi üçün xərcləyəcək pulunun olmadığını göstərib.

Yaşlı qadın Rusiya İstintaq Komitəsinin nümayəndələrinə bacı-qardaşının 8-9 il öncə öldüyünü etiraf edib. Onun hərəkətləri və sözləri şübhə doğurduğu üçün ruhi xəstəxanaya yerləşdirilib.

Mütəxəssislər cəsədləri tibbi ekspertizaya təhvil veriblər. Onların nə zaman və hansı səbəbdən dünyasını dəyişdikləri araşdırılır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm