“Rusiya minlərlə insanı ÖLDÜRƏCƏK” – Krallığa hücumun hədəfi AÇIQLANDI
Bizi izləyin

Dünya

“Rusiya minlərlə insanı ÖLDÜRƏCƏK” – Krallığa hücumun hədəfi AÇIQLANDI

Böyük Britaniyanın infrastrukturuna Rusiyanın hücumu minlərlə ölümə gətirib çıxara bilər.

Publika.az xəbər verir ki, bunu “Teleqraf” qəzetinə müsahibəsində Britaniyanın müdafiə naziri Gevin Uilyamson bildirib.

Onun sözlərinə görə, Kreml Böyük Britaniyanın infrastrukturunun kritik əhəmiyyətli nöqtələrini araşdırır və istənilən başqa ölkə üçün “tamamilə qəbuledilməz” hesab olunan hərəkətlərə hazırlaşır.

Xüsusi halda, Uilyamson hesab edir ki, Rusiyanın hədəfində krallığı qitə ilə bağlayan qaz kəmərləri və elektrikötürücü xətlər ola bilər.

“Əminəm ki, bu, ölkənin hazırda qarşılaşdığı real təhlükədir”, - nazir əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm