Afrində şiddətli döyüşlər gedir – Ruslar Hələbə ÇƏKİLDİ
Bizi izləyin

Dünya

Afrində şiddətli döyüşlər gedir – Ruslar Hələbə ÇƏKİLDİ

Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusu (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində ötən gecə PYD terrorçuları ilə şiddətli döyüşlər baş verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində daha 3 kənd azad edilib.

Bölgədən gələn son məlumatlara görə, Rusiya ordusuna aid güclər Afrinin şərqindəki Tel Rıfatdan Hələbə doğru geri çəkilib. İngiltərənin “Tayms” nəşrinə danışan ASO komandiri hava şərtlərinin düzəlməsi ilə Tel Rıfat ətrafından yeni cəbhə açılacağını söyləyib.

Bu gün isə Türkiyə qırıcıları Kilisin Gülbaba sərhəd keçid məntəqəsi ətrafındakı terrorçuların hədəflərinə zərbələr endirməyə başlayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm