Afrində şiddətli döyüşlər gedir: Türk ordusu bu əraziləri ələ keçirdi – VİDEO/FOTO
Bizi izləyin

Dünya

Afrində şiddətli döyüşlər gedir: Türk ordusu bu əraziləri ələ keçirdi – VİDEO/FOTO

Türkiyə ordusu tərəfindən “Zeytun budağı” əməliyyatının keçirildiyi Afrində şiddətli döyüşlər gedir.

Publika.az
xəbər verir ki, hazırda Gülbaba kəndi ətrafında türk ordusu ilə PYD/YPG terrorçuları arasında atışma davam edir.

Türkiyə ordusu bu gün səhər saatlarında Afrinin şimal-qərbindəki Ali Bekki kəndini terrorçulardan təmizləyib. Terrorçuların əksəriyyəti məhv edilib, bir qismi isə tutulub.

Ali Bekki kəndini təmizləyən ordu Gülbaba kəndinə doğru irəliləyir. Kənddə gizlənən terrorçular müqavimət göstərirlər. Hava şəraitinin pis olmasından asılı olmayaraq, əməliyyat davam etdirilir. Türkiyə mediası kənd ətrafında şiddətli döyüşlərin getdiyini yazıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm