Rusiya Türkiyənin kürəyinə zərbə vurmağa HAZIRLAŞIR – Gizli danışıqların ŞOK DETALLARI - - VİDEO
Bizi izləyin

Dünya

Rusiya Türkiyənin kürəyinə zərbə vurmağa HAZIRLAŞIR – Gizli danışıqların ŞOK DETALLARI - - VİDEO

Kürdlər Afrinin Suriyanın hökumət güclərinin nəzarəti altına verilməsinə razıdırlar.

Publika.az xəbər verir ki, bu haqda Afrindəki iki mənbə “İzvestiya” nəşrinə bildirib.

“Biz şəhəri və Afrini əhatə edən rayonları verməyə hazırıq. Amma bu halda bizim maraqlarımızın zərər görməyəcəyi barədə zəmanət lazımdır”, - Rusiya nəşrinin həmsöhbətlərindən biri deyib.

Kürdlərin Federal Milli-mədəni Muxtariyyəti Şurasının sədri Fərhad Patiyevin sözlərinə görə, kürdlər hazırda Afrinin Dəməşqin nəzarətinə verilməsi barədə danışıqlar aparırlar. O bildirib ki, kürdlərin öz şərtləri var.

Suriya Müdafiə Nazirliyindən də bildiriblər ki, hökumət qoşunları operativ vəziyyətdən asılı olaraq Afrinə girməyə hazırdır. Briqada generalı Samir Süleyman söyləyib ki, Suriya ordusunun Afrinə girməsi uçun hər hansı dəvətə ehtiyac yoxdur.

İnformasiyanı Rusiyadakı diplomatik mənbə də təsdiqləyib. Onun sözlərinə görə, son razılaşma hələ əldə olunmayıb, amma dialoq davam edir. Həmsöhbət həmçinin dəqiqləşdirib ki, Moskva Afrinin Dəməşqin nəzarəti altına verilməsinin ehtiyacı barədə kürdləri inandırmağa çalışaraq bu prosesdə vasitəçi rolunda çıxış edir.

Moskvada fəaliyyət göstərən “Suriya Kürdüstanı”nın nümayəndəsi Rodi Osman yanvarın 22-də bildirib ki, daha əvvəl Rusiya kürdlərə Afrinin Dəməşqin nəzarəti altına verilməsini təklif edib, amma kürdlər təklifi rədd ediblər.

Rusiya ElmlərAkademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb və islam tədqiqatları Mərkəzinin böyük elmi işçisi Boris Dolqovun sözlərinə görə, Afrinin Dəməşqin nəzarəti altına verilməsi ən düzgün və güzəştli variant olacaq. O qeyd edib ki, bu variant regionda gərginliyin azaldılmasına imkan yaradacaq.

“Bu, Türkiyənin həyata keçirdiyi əməliyyatın sonuna gətirib çıxarmayacaq. Amma bununla danışıqlar prosesi üçün ilkin şərtlər yaradılacaq. Afrin üzrə razılaşma əldə edilərsə, Ankara ehtimal ki, öz şərtlərini diktə edəcək”, - Boris Dolqov qeyd edib.

Ekspertin sözlərinə görə, türklərə sərhədlərinə kürd ərazi quruluşlarının yaradılmayacağına dair zəmanətlər lazımdır.

Qeyd edək ki, Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusu (ASO) Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı keçirir. Əməliyyatın hədəfi Afrini PYD terror təşkilatından təmizləməkdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm