• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

Həbs edilən şahzadə və nazirlərdən SON XƏBƏR

  • Dünya
  • 30 Yanvar 2018 12:00
  • 1 041 Baxış
Həbs edilən şahzadə və nazirlərdən SON XƏBƏR

Səudiyyə Ərəbistanında vəzifədən sui-istifadə ittihamları ilə həbs olunan şahzadə və nazirlərin azadlığa buraxıldığı bildirilib.

Publika.az xəbər verir ki, bu barədə həbs əməliyyatlarında iştirak edən, adının açıqlanmasını istəməyən səlahiyyətli bir şəxs “Röyters” agentliyinə məlumat verib.

O, Riyad şəhərində, “Ritz-Carlton” hotelində vəliəhd şahzadə Məhəmməd ibn Salmanın əmrilə həbsdə saxlanılan dövlət əhəmiyyətli şəxslərin sərbəst buraxıldığını deyib.

Qeyd edək ki, vəliəhd şahzadə Məhəmməd ibn Salmanın əmrilə 5 noyabr 2017-ci il tarixində Korrupsiyaya qarşı mübarizə komitəsi 11-i şahzadə, 4-ü nazir olmaqla, 300 nəfərin saxlanılmasına dair qərar vermişdi. İstintaq zamanı 300-dək şəxs dindirilmiş, 2000-dən çox bank hesabı dondurulmuşdu.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR