İtaliya polisi Ermənistanın müxalifət partiyasının liderini həbs etmək istədi
Bizi izləyin

Dünya

İtaliya polisi Ermənistanın müxalifət partiyasının liderini həbs etmək istədi

İtaliya polisi Ermənistanın müxalifət partiyasının deputatını Romada həbs etmək istəyib.

APA-nın “Aysor.am”a istinadən verdiyi məlumata görə, bu barədə müxalif “Yelk" fraksiyasının rəhbəri Nikol Paşinyan “Facebook” səhifəsində yazıb.

“İtaliya polisi mənim Romada hoteldəki nömrəmi mühasirəyə alıb. Məni tutmağa gəliblər. Məlum olub ki, məni “İnterpol” axtarır və 2008-ci ildən bu yana tapa bilmir”, - deyə N. Paşinyan qeyd edib.

O, hansı cinayət üzrə axtarıldığı barədə heç nə yazmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm