Təyyarənin göyərtəsində yarım tonadək kokain aşkarlandı
Bizi izləyin

Dünya

Təyyarənin göyərtəsində yarım tonadək kokain aşkarlandı

Böyük Britaniyanın Sərhəd Xidmətinin əməkdaşları Farnboro hava limanında şəxsi təyyarənin göyərtəsində 500 kq-dək kokain aşkar ediblər.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, indiyədək ölkədə müsadirə edilən ən böyük narkotik partiyasından biridir.

Dəyəri 50 mln funt sterlinq (təqribən, 70,6 mln dollar) olan narkotik Kolumbiyanın paytaxtı Boqotadan gətirilib.

Sərhədçilər təyyarədə olan sərnişinləri saxlayıb. Onların arasında Böyük Britaniya, İspaniya və İtaliya vətəndaşları da var. Hava gəmisinin ekipaj üzvləri dindirildikdən sonra sərbəst buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm