Türkmənistanda benzin bahalaşdı
Bizi izləyin

Dünya

Türkmənistanda benzin bahalaşdı

2018-ci il, fevralın 1-dən Türkmənistanda benzinin qiyməti artırılıb.

Publika.az xəbər verir ki, A-95 benzinin bir litrinin qiyməti 1,5 manat (bundan əvvəl 1 manat), A-92 benzinin qiyməti isə 1, 35 manat olub (əvvələr 0,94).

Hazırda Türkmənistanda manatın dollara nisbətən məzənnəsi 3,5 manat/$1 təşkil edir.

Qeyd edək ki, 2008-ci ildə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avtomobil sahibləri üçün pulsuz benzinə limit tətbiq edib. 2014-cü ildə bu qərar ləğv edilib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm