İordaniya KXDR ilə diplomatik münasibətləri kəsdi
Bizi izləyin

Dünya

İordaniya KXDR ilə diplomatik münasibətləri kəsdi

İordaniya hökuməti Şimali Koreya ilə diplomatik münasibətləri pozmaq barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə cümə axşamı Krallıq hökumətindəki mənbəyə istinadən "Franc-Press" məlumat yayıb.

"KXDR ilə heç vaxt möhkəm olmayan diplomatik münasibətlərin kəsilməsi, İordaniyanın bu məsələ üzrə müttəfiqlərinin siyasətinə uyğundur", - deyə agentlik mənbənin bəyanatını sitat gətirib.

AFP-nin xəbərinə görə, İordaniya hökumətinin müvafiq qərarı cümə axşamı kral II Abdullanın fərmanı ilə təsdiq olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm