Dünya
Fransada müsəlmanlara qarşı zorakılıq hallarının sayı artır
Fransada antisemitizm, irqçi və anti-müsəlman aktlara dair 2017-ci il üçün dövlət hesabatının nəticələri açıqlanıb.
“Report” məlumat verir ki, ötən il Fransada anti-semit, irqçi və anti-müsəlman əsasda törədilmiş təhdidlərin sayı azalsa da, zorakılıq hallarının sayı artıb.
İrqçilik əsasında edilmiş təhdidlər 17,36% (2016-cı ildə 524, 2017-ci ildə 433), anti-semit əsasda edilmiş təhdidlər 17,1% (2016-cı ildə 258, 2017-ci ildə 214) və nəhayət anti-müsəlman əsasda edilmiş təhdidlər isə 58,5% (2016-cı ildə 118, 2017-ci ildə 49) azalıb.
Bununla belə, irqçilik əsasında törədilmiş zorakılıq əməlləri 2016-cı ildə 84 hal qeydə alndığı halda, 2017-ci ildə artaraq 85 olub. Anti-semit əsasda törədilmiş zorakılıq halları hətta 20% artıb (2016-cı ildə 77, 2017-ci ildə 97).
Müsəlmanların müqəddəs məbədlərinə hücumların sayı 2017-ci ildə əvvəlki ilə nisbətən azalsa da, yəhudilərin dini ocaqlarına edilən hücumların sayı 22% artıb.
Hesabata münasibət bildirən Fransa Daxili İşlər Nazirliyi ölkədə baş verən irqçilik və antisemitizm halları ilə mübarizə məqsədilə həyata keçirdiyi tədbirlərin davam etdiriləcəyini vurğulayıb.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...