Türk əsgəri Bülbüldə: ABŞ bayrağı və Öcalanın portreti endirildi
Bizi izləyin

Dünya

Türk əsgəri Bülbüldə: ABŞ bayrağı və Öcalanın portreti endirildi

Türk Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatı davam edir.

Teleqraf.com xəbər verir ki, hərbi əməliyyat çərçivəsində ağır cəbhələrindən biri də Afrin şəhərinə aid olan Bülbül qəsəbəsidir. Bursey dağı terrorçulardan azad edildikdən sonra əməliyyatın gərgin istiqamətlərindən biri də Darmik dağının cənubunda yerləşən Bülbül qəsəbəsidir. Artıq qəsəbə terrorçulardan təmizlənib.

Qəsəbədə terrorçuların qərargah kimi istifadə etdiyi binaya daxil olan türk hərbçiləri burada təəccüblənib. Qərargahdan çəkilən fotolardan bəlli olub ki, türk əsgərləri divarda yazılan Kürdüstanın xəritəsi olan saatı, təşkilatın atributlarını və terrorçuların lideri Abdulla Öcalanın portretini endirir. Ayrıca qərargahda olan ABŞ bayrağı da xüsusi diqqəti çəkir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm