Beynəlxalq və regional oyunçular... - Türkiyənin düşmənlərinin 7 METODU
Bizi izləyin

Dünya

Beynəlxalq və regional oyunçular... - Türkiyənin düşmənlərinin 7 METODU

ABŞ Suriyadakı PYD/PKK terror təşkilatına İŞİD terror təşkilatı ilə mübarizə bəhanəsi ilə silah-sursat yardımı göstərməkdə davam edir. Vaşinqton Afrininin İŞİD-ə qarşı mübarizə üzrə koalisiyanın təsir dairəsinə daxil olmadığını bildirsə də, son olaraq ABŞ ordusuna aid zirehli texnikalardan ibarət konvoy Şimali İraq kürd muxtariyyətinin nəzarətində olan Fişhaburdan Qamışlıya keçib. İddiaya görə, konvoy Afrində Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusuna qarşı mübarizədə istifadə olunacaq. Lakin ABŞ PYD/PKK terrorçularının yeganə silah-sursat təchizatçısı deyil.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, təhlükəsizlik mütəxəssisi Abdullah Ağar PYD/PKK-nın silah arsenalının necə yarandığını yazıb.

“ABŞ-ın 5 mindən yuxarı TIR, eyni zamanda, minlərlə təyyarə və vertolyotla göndərdiyi silah-sursat PKK/PYD-nin silah arsenalının böyük hissəsini təşkil edir, amma bu, hamısı deyil”, - o bildirib.

Mütəxəssisin sözlərinə görə, terrorçular silah-sursat təchizatında ən azı 7 metoddan istifadə ediblər.

1. Beynəlxalq açıq və qapalı silah bazarları.

2. Yerli silah bazarları (Məsələn, Kərkükdəki silah bazarından zirehli avtomobil belə almaq mümkündür).

3. Terror təşkilatları arasında əməkdaşlıq nəticəsində alınan silahlar.

4. Münaqişə bölgələrində digər terror təşkilatlarından əldə edilən hərbi qənimətlər.

5. Qeyri-sabitlik səbəbiylə, başda İraq və Suriya ordusuna məxsus anbarlarından qarət edilən silahlar.

6. PYD/PKK-nın regional, ya da yerli oyunçularla əməkdaşlığı nəticəsində əldə etdiyi silahlar (Məsələn, Almaniya 2014-15-ci illərdə 50 ədəd MİLAN tank əleyhinə raket kompleksi, 500 raket və onlardan istifadə olunması barədə təlim vermişdi. Daha sonra bunların yarısı PYD/PKK-ya satıldı).

7. Beynəlxalq oyunçular tərəfindən verilən silah və sursat.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm