İtaliyada kimya zavodunda partlayış - Yaralılar var
Bizi izləyin

Dünya

İtaliyada kimya zavodunda partlayış - Yaralılar var

İtaliyanın Komo əyalətində sənaye tullantıları emalı zavodunda partlayış baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb, onların həyatlarına təhlükə olmadığı bildirilir.

Partlayışdan sonra müəssisədə yanğın başlayıb. Hadisə yerinə 15 yanğınsöndürən briqada cəlb edilib.

Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm