Rusiya İraqa S-400 satır
Bizi izləyin

Dünya

Rusiya İraqa S-400 satır

Rusiya İraqdan “S-400” havadan müdafiə sisteminin satılmasına dair təklif gözlədiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Bağdaddakı səfiri Maksim Maksimov deyib.

Səfir Rusiya mediasına açıqlamasında bildirib ki, İraqdan Rusiya istehsalı yeni silahlar almaq üçün təkliflər gözləyir: “Buraya “S-400” havadan müdafiə sistemi də daxildir. İraqdan bununla bağlı təklif gəldikdə, mütləq dəyərləndirəcəyik”.

O, çıxışında iki ölkə arasındakı hərbi-texniki əməkdaşlıq çərçivəsində İraqa İŞİD-lə mübarizə üçün çox sayda hərbi texnikanın göndərilməsini də xatırladıb. “Bu texnikalar arasında Mi-35 və Mi-28 helikopterləri, Su-25 təyyarələri “Kornet-E” tank əleyhinə raketlər və hərbi təchizat yer alır”,- Maksimov qeyd edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm