Rusiya ABŞ-a 200 nüvə raketi göndərib - İDDİA
Bizi izləyin

Dünya

Rusiya ABŞ-a 200 nüvə raketi göndərib - İDDİA

ABŞ-ın keçmiş müdafiə naziri Vilyam Perri Rusiya ilə ABŞ arasında soyuq nüvə müharibəsinin tarixindən bilgilər paylaşıb.

Publika.az xəbər verir ki, sabiq nazir 1979-cu ildə ABŞ Nüvə Qüvvələri İdarəsində ehtimal olunan təhlükələrə nəzarət edən bir əsgərin kompüterində SSRİ-nin ABŞ-a eyni anda 200 qitələrarası nüvə raketi göndərdiyini gördüyünü etiraf edib. O an qorxusunu gizlətməyən nazir “bu hadisə qorxunc bir fəlakətin başlanğıcı ola bilərdi” deyib.

Moskvada “Nüvə uçurumunun kənarından keçən yolum” adlı kitabının təqdimatında çıxış edən V.Perri “bu bilgini eşitdikdə qorxunu iliklərimə qədər hiss etdim” ifadələrini işlədib: “Daha sonra siqnalın yanlış olduğu ortaya çıxdı. Kompüterə yanlışlıqla təlim bilgiləri daxil olmuşdu. Sistem isə bunu gerçək hadisə kimi təqdim etmişdi. Burada qorxunc bir səhvlə qarşı-qarşıya qalmışdıq”.

Qeyd edək ki, bu “səhv” ABŞ-Rusiya tarixində iki dəfə baş verib. İlk dəfə 1979-cu ildə rast gəlinən hadisə ikinci dəfə 1983-cü ildə SSRİ-də təkrarlanıb və qarşısı alınıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm