• USD 1,7000 0,00% EUR 2,0122 -0,28%
    • GBP 2,3617 -0,22% RUB 0,0233 0,00%

Rusiyada təyyarə QƏZASI: 71 nəfər həlak oldu, 2 cəsəd tapıldı - FOTO/VİDEO (YENİLƏNDİ)

  • Dünya
  • 11 Fevral 2018 19:14
  • 2 775 Baxış
Rusiyada təyyarə QƏZASI: 71 nəfər həlak oldu, 2 cəsəd tapıldı - FOTO/VİDEO

"An-148" tipli təyyarənin qəzaya uğradığı yerdə iki sərnişinin cəsədi tapılıb.

***

Rusiyada qəzaya uğrayan "An-148" tipli sərnişin təyyarəsinin qalıqları tapılıb.

Publika.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, sərnişinlər və ekipaj üzvləri arasında sağ qalan yoxdur.

Təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olub.

Təyyarə Moskva-Orsk reysi üzrə hərəkət edirmiş.

***

Rusiya Fövqəladə Hallar Nazirliyi An-148 sərnişin təyyarəsinin Ramensk rayonu yaxınlığında qəzaya uğraması haqda xəbəri təsdiq edib:

“Bu gün Moskva vilayətinin Ramensk rayonu yaxınlığında yerləşən Stepanovs yaşayış məntəqəsi yaxınlığında Domodedovo-Orsk istiqamətində 703 saylı reysi həyata keçirən An-148 təyyarəsi qəzaya uğrayıb. Hadisə yerinə dərhal Rusiya FHN-in xilasedici qrupları, təcili-tibbi yardım və digər ekstern reaksiya xidmətləri cəlb edilib”, - Rusiya FHN-nin saytında dərc olunan materialda deyilir.

Məlumatda o da qeyd edilib ki, hadisə yerinə 150-dən çox insan və 20 texnika gətirilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR