Erməni deputat: “Bu, Ermənistan üçün milli təhlükəsizlik probleminə çevrilib”
Bizi izləyin

Dünya

Erməni deputat: “Bu, Ermənistan üçün milli təhlükəsizlik probleminə çevrilib”

Miqrasiya Ermənistanın milli təhlükəsizlik probleminə çevrilib.

Publika.az news.am saytına istinadən xəbər verir ki, bu haqda Ermənistan parlamentinin Avropa inteqrasiyası məsələləri üzrə daimi komissiyasının başçısı, “Sarukyan” fraksiyasının deputatı Naira Zoqrabyan bildirib.

Onun sözlərinə görə, iqtisadi artımla bağlı Ermənistan hökumətinin dərc etdiyi rəqəmlər reallığa söykənmir. Erməni deputat yalnız 2017-ci ildə Ermənistanın 25 mindən çox sakininə Rusiya vətəndaşlığının verildiyini xatırladıb.

“Əgər Ermənistanda kağızda yazıldığı və hökumət tərəfindən dərc edilmiş real iqtisadi artım olsaydı, onda miqrasiya və vətəndaşlığın dəyişməsinin belə yüksək templəri müşahidə olunmazdı. Məsələ onda deyil ki, Rusiyaya gedənlərin sayı artıb, həm də onlar Avropanın müxtəlif ölkələrinə getməyə cəhd edirlər. Hesab edirəm ki, miqrasiya Ermənistanın milli təhlükəsizliyi üçün çox ciddi problemdir” - Zoqrabyan söyləyib.

Qeyd edək ki, Rusiyanın Daxili İşlər Nazirliyinin bu ayın əvvəlində yaydığı məlumata görə, 2017-ci ildə 25 min 144 erməniyə Rusiya pasportu verilib. 2017-ci ildə Azərbaycandan 10 min 394, Gürcüstandan isə 2535 nəfər Rusiya pasportu alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm