Tramp Konqresdən 716 milyard dollar istədi
Bizi izləyin

Dünya

Tramp Konqresdən 716 milyard dollar istədi

ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün Konqresdən 716 milyard dollar istəyib.

Bu barədə ABŞ müdafiə nazirinin müavini Devid Nordkvist bildirib.

Onun sözlərinə görə, Pentaqonun əsas ehtiyacları üçün 617 milyard, Əfqanıstanda, İraqda, Suriyada, Yəməndə, Somalidə və digər ölkələrdə aparılan hərbi əməliyyatlara isə 69 milyard dolların ayrılması nəzərdə tutulub.

"Döyüş qabiliyyətinin qorunub saxlanılması və nüvə silahlarının müasirləşdirilməsi, eləcə də digər müdafiə xərclərinə 30 milyard dolların ayrılacağı gözlənilir", deyə D.Nordkvist bildirib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm