ABŞ 215 Rusiya muzdlusunu belə məhv etdi - – VİDEO
Bizi izləyin

Dünya

ABŞ 215 Rusiya muzdlusunu belə məhv etdi - – VİDEO

Amerika hərbçiləri Suriyanın Deyr-ez-Zor əyalətində Suriya hökumətinə loyal güclərə aviazərbələrin təsvir edildiyi videonu dərc edib.

Publika.az xəbər verir ki, bu haqda terrorçuların fəaliyyətini işıqlandıran “Directorate 4” telegram kanalı bildirib.

Amerikalılar aviazərbələrə səbəb kimi ABŞ tərəfindən dəstəklənən “Suriya Demokratik Gücləri”nin özünümüdafiəsini göstəriblər. Ancaq məhv edilmiş obyektlərin hər hansı təhlükə yaratdığı dəqiq məlum deyil. Zərbənin qurbanları arasında Rusiya muzdlularının da olduğu bildirilir.

Qeyd edək ki, fevralın 7-də Suriya ordusunun tərəfində vuruşan döyüşçülər Deyr-ez-Zor əyalətində minaatanlar və reaktiv yaylım atəş sistemlərdən, həmçinin ABŞ-ın başçılıq etdiyi koalisiyanın vertolyotlarından atəşə tutulub. Məlumata görə, rejim tərəfdarları hökumət qoşunlarının postlarına atəş açan terrorçuların məhv edilməsi üçün keçmiş neft emalı zavodu istiqamətində kəşfiyyat-axtarış hərəkətlərini icra edirdi.

Bəzi mənbələr ölən döyüşçülər arasında biri polkovnik olmaqla 3 Rusiya hərbçisinin də olduğunu bildiriblər.

Lakin rusiyalı vəkili Mark Feyqin fərqli bir iddia səsləndirib. Vəkil Tvitter səhifəsində yaxıb ki, ABŞ-ın aviazərbələri nəticəsində Rusiyanın şəxsi hərbi şirkəti olan “Vaqner qrupu” 215 nəfər itki verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm