
Bəzi vətəndaşlar Əsədə bağlılığını göstərmək üçün iynə
ilə barmaqlarını deşib qan çıxarıblar. Və qanlı barmaqlarını seçki
bülleteninə basıb səs veriblər.
Publika.az xarici mətbuata istinadən xəbər verir
ki, üç ildən çoxdur vətəndaş qırğının davam etdiyi Suriyada
prezident seçkisi baş tutub. Hazırda səslərin sayılması davam
edir.
Dünyanın dörd bir yanından gedən jurnalistlərin xəbərinə görə seçki
qeyri-demokratik şəraitdə keçirilib. Hətta bəzi vətəndaşlar qanları
ilə səs verib. Belə ki, seçicilər iynə ilə barmaqlarını deşib qan
çıxarıblar. Və qanlı barmağı ilə seçki bülletenində Əsədin adı olan
bölməyə basıblar. Deyilənə görə, seçicilər bununla Əsədə
bağlılığını nümayiş etdirməyə çalışıblar.
Vüsal Tağı