"Zeytun budağı" əməliyyatında 7 türk əsgəri yaralandı
Bizi izləyin

Dünya

"Zeytun budağı" əməliyyatında 7 türk əsgəri yaralandı

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatında 7 türk əsgəri yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Məlumatda bildirilir ki, əsgərlər iki ayrı silahlı əməliyyatda xəsarət alıblar. Bildirilir ki, "Zeytun budağı" əməliyyatı nəticəsində məhv edilən terrorçuların sayı 1528-ə çatıb.

Xatırladaq ki, "Zeytun budağı" əməliyyatı bu il yanvarın 20-də başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm