"Bu ölkə ilə müharibə planları olmalıdır" – Vaşinqton məhvedici SSENARİYƏ HAZIRLAŞIR
Bizi izləyin

Dünya

"Bu ölkə ilə müharibə planları olmalıdır" – Vaşinqton məhvedici SSENARİYƏ HAZIRLAŞIR

“Çin hərbi baxımdan getdikcə böyüyür. ABŞ Çinlə müharibəyə hazır olmalıdır”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın Avstraliya səfiri vəzifəsinə namizəd göstərilən amerikalı admiral Harri Harris Konqresdə çıxışında deyib.

“Çin Cənubi Çin dənizində hakimiyyət qurmaq istəyir. Çinin niyyəti kristal qədər açıqdır. Bunu görməzlikdən gəlməklə özümüzü təhlükəyə atırıq. Pekinin beynəlxalq qaydalara söykənən nizamın altını qazmaq cəhdindən narahatam”, - o bildirib.

Onun sözlərinə görə, Çin hərbi baxımdan sürətli inkişafı ilə ABŞ-a hər sahədə meydan oxuya bilər: “Mən bir əsgərəm. Müharibənin qarşısını almağa çalışmaqla yanaşı, müharibə planları hazırlamağın və ehtiyatları toplamağın əhəmiyyətli olduğunu düşünürəm. Günün sonunda bir döyüşü davam etdirə bilmək çox əhəmiyyətlidir, əks halda, kağızdan pələng olarsınız. Ümid edirəm ki, məsələ Çinlə qarşıdurma nöqtəsinə gəlməz, amma qarşıdurma ehtimalı ilə əlaqədar hazır olmalıyıq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm