Rusiya ABŞ-ın Suriyadakı təhlükəli planını AÇIQLADI
Bizi izləyin

Dünya

Rusiya ABŞ-ın Suriyadakı təhlükəli planını AÇIQLADI

“ABŞ Suriyanın böyük bir hissəsini ölkənin qalan hissəsindən ayırmaq və burada kürdlərin dəstəyi ilə muxtar bölgə qurmaq istəyir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Euronews” kanalına bildirib.

“Belə başa düşülür ki, ABŞ-ın silahlı qüvvələri ilə Suriyada sonsuza qədər qalmaq strategiyası var. Daha əvvəl verilən bütün vədlərin əksinə, İraq və Əfqanıstanda da eyni şeyi etmək istəyirlər. Suriyada indidən ölkənin böyük bir hissəsini digər hissəsindən ayırmaq üçün işlər görürlər. Bunu Suriyanın ərazi bütövlüyü və suverenliyini pozmaq hesabına edirlər”, - Rusiya xarici siyasət idarəsinin başçısı deyib.

Lavrov əlavə edib ki, ABŞ öz güclərini Suriyaya rəsmi Dəməşqin icazəsi və BMT Təhlükəsizlik Şurasının qərarı olmadan göndərib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm