Dağıstanda karnavalda SİLAHLI İNSİDENT: Ölənlərin sayı artdı (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Dağıstanda karnavalda SİLAHLI İNSİDENT: Ölənlərin sayı artdı (YENİLƏNDİ)

Dağıstanın Kizlyar şəhərində Maslenitsa bayramı zamanı baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Bu barədə "RİA Novosti"yə şəhər administrasiyası mətbuat xidmətinin rəhbəri bildirib.

“Xəstəxanada daha bir qadın keçinib. Beləliklə, ölənlərin sayı 5 nəfərə çatıb”, deyə o bildirib.

***

Naməlum şəxs Dağıstanda karnaval zamanı kütləni atəşə tutub.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Kizlyar şəhərində baş verib. Silahlı şəxs bayram karnavalında insanlara atəş açıb. Nəticədə 4 nəfər ölüb, 4 nəfər də yaralanıb. Cinayətkar hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm