İsrail Qəzza zolağını atəşə tutdu
Bizi izləyin

Dünya

İsrail Qəzza zolağını atəşə tutdu

İsrail aviasiyası tərəfindən Qəzza zolağı atəşə tutulub.

Publika.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidməti tərəfindən yayılan xəbərlərə görə, hava qüvvələri Qəzza zolağında yerləşən HƏMAS mövqelərinə hava zərbələri endirib.

Məlumatda bunun cavab atəşi olduğu qeyd olunub:

"İsrail müdafiə ordusu raket atəşinə cavab olaraq Qəzza zolağının cənub hissəsində yerləşən yeraltı infrastruktura hava zərbələri endirib".

Xatırladaq ki, daha əvvəl Qəzza zolağından İsrailin ərazislərinə iki raket buraxılıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm