
Ukrayna Antiterror Əməliyyatları qərargahının informasiya şöbəsinin rəhbəri Vladislav Seleznyov separatçıların iki Mİ-24 helikopterini vurması xəbərini təsdiqləyib.
Publika.az Russian.rt.com saytına istinadən bildirir ki, Seleznyov antiterror əməliyyatları zamanı Ukrayna ordusunun iki helikopterinin özünümüdafiə dəstələri tərəfindən vurulduğunu deyib. O bildirib ki, helikopterlərin ekipajı arasında tələfat yoxdur. Zədə alan texnika təmirə göndərilib.
İlqar Atabəyli