• USD 1,7000 0,00% EUR 2,0067 +0,22%
    • GBP 2,3508 +0,58% RUB 0,0231 +0,43%

Moskvada azərbaycanlının etdiyi zarafat polisi AYAĞA QALDIRDI – VİDEO

  • Dünya
  • 20 Fevral 2018 12:53
  • 1 536 Baxış
Moskvada azərbaycanlının etdiyi zarafat polisi AYAĞA QALDIRDI – VİDEO

Moskvada azərbaycanlı bloger Hüseyn Həsənovun “bank soyğunçuluğu” paytaxt polisini ayağa qaldırıb.

Publika.az “5-tv.ru” saytına istinadən xəbər verir ki, Həsənovun zarafat kimi hazırlayaraq yaydığı video polis tərəfindən ciddi qəbul edilib.

Xəbərə görə, o, bankda oğurluq edəcəyi barədə zarafatyana video çəkərək görüntüləri 4,5 milyon izləyicisi olan instaqram səhifəsində yayımlayıb. Videoda üzündə maska və əlində silah olan cavan oğlan bankı qarət etməyə hazırlaşdığını bildirirdi.

Nəticədə, blogerin mənzilinə 8 polis basqın edib. Polis mənzildə heç nə aşkar etməsə də, Həsənov və dostu polis bölməsinə aparılaraq dindirilib.

Yalan məlumat yarmaqda ittiham olunan dostlar barəsində cinayət işi qaldırılıb.

Ömər

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR