Dünya
İranda QANLI QARŞIDURMALAR - 5 ölü, onlarla yaralı - – VİDEO
İranın paytaxtı Tehranda sufi-dərvişlərlə polis arasında qarşıdurmalar baş verib.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, toqquşmalara səbəb sufi cərəyanın nümayəndələrindən birinin həbs edilməsi olub.
Londonda nəşr edilən "Əş-Şark əl-Ausat" qəzetinin yazdığına görə, dərvişlərdən biri avtobusu bir qrup polisin üzərinə sürüb. Nəticədə, üç polis məmuru ölüb, sürücü həbs edilib.
Digər xəbərlərə görə, qarşıdurma zamanı 5 polis öldürülüb, daha 30 təhlükəsizlik əməkdaşı yaralanıb. Sufi cərəyanının üzvlərinin də yaralandığı bildirilir.
İran polisinin sözçüsü Səid Müntəzirülmehdi səhər saatlarına qədər davam edən qarşıdurmada ən azı 300 təriqət üzvünün həbs edildiyini açıqlayıb. Polislər kütləvi aksiyanın dağıdılması üçün gözyaşardıcı qazlardan istifadə ediblər.
Polisdən bildiriblər ki, hüquq-mühafizə orqanları ölkənin təhlükəsizliyini hədələyən istənilən qanunsuz hərəkətlərə qarşı çox sərt mübarizə aparacaqlar.
Ömər
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!