• USD 1,7000 0,00% EUR 2,0009 -0,24%
    • GBP 2,3392 +0,32% RUB 0,0231 +0,43%

Həmas: "Kilsələrə vergi qoymaq dini müharibədir"

Həmas: "Kilsələrə vergi qoymaq dini müharibədir"

ABŞ-ın İsrailin paytaxtı kimi tanıdığı Qüdsün bələdiyyəsinin ərazidəki kilsələrin bundan sonra vergi verəcəyinə dair bəyanatı yeni gündəm yaradıb. Həmas təşkilatı bu qərarın İslama qarşı mübarizənin davamı və ABŞ siyasətinin bir təzahürü olduğunu bildirib.

Publika.az xəbər verir ki, Həmas bəyanatda bunun Donald Trampın əmri olduğunu qeyd edib:

"Bu ABŞ prezidenti Donald Trampın Fələstinin varlığını hədəf alan siyasətinin təhlükəli hissəsidir. Bu qərar dini müharibənin, Fələstin xalqının, müsəlmanların, eləcə də xristianların müqəddəs saydığı məkanlara qarşı dini müharibənin bir davamıdır".

Xatırladaq ki, Qüds Bələdiyyəsi 882 kilsənin illərdir vergidən azad olmasını diqqətə çatdıraraq, bundan sonra onların hər birinin zəruri vergi ödəmələrini yerinə yetirməli olduqlarını deyib. Əks halda mülklərə əl qoyulacağı bəyan edilib.

Könül Cəfərli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR