İsraillə İran arasında böyük müharibənin vaxtı AÇIQLANDI: GÖZLƏNİLMƏZ ŞƏXSDƏN ŞOK PROQNOZ
Bizi izləyin

Dünya

İsraillə İran arasında böyük müharibənin vaxtı AÇIQLANDI: GÖZLƏNİLMƏZ ŞƏXSDƏN ŞOK PROQNOZ

“Yaxın Şərqdə indiki vəziyyət deməyə əsas verir ki, 2019-cu ildə İran və İsrail arasında müharibə baş verə bilər”.

Publika.az xəbər verir ki, belə proqnozla “National Interest” nəşrində keçmiş prezident Ronald Reyqan dövründə administrasiyada işləyən milli təhlükəsizlik üzrə mütəxəssis Reymond Tanter və beynəlxalq münasibətlər üzrə ekspert Ayven Saşa Şihan çıxış ediblər.

“2018-ci ilin yanvarda qarşımıza sual qoyurduq: 2018-ci il İrana inqilab gətirəcək? İndi biz soruşuruq: 2019-cu ildə İsrail və İran arasında müharibə olacaqmı?” - müəlliflər yazırlar.

Onların nöqteyi-nəzərindən, birbaşa münaqişə yalnız üfüqdə aydın görünür, o “artıq baş verir”. Söhbət təxminən iki həftə əvvəl baş vermiş hadisələrdən gedir. Həmin vaxt İsrail Suriyadan buraxılmış İranın pilotsuz təyyarəsini vurdu, ardınca İranın Suriyadakı hədəflərinə aviazərbələr endirildi. Bundan başqa, Suriyanın hava hücumundan müdafiə sistemi İsrailin “F-16” qırıcısını vurdu.

Müəlliflər xatırladırlar ki, daha sonra İsrailin baş naziri Benyamin Netanyahu və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif təhdidlərlə çıxış etdilər.

Netanyahu Münhen Təhlükəsizlik Konfransında İran “diktatorları”na müraciət edərək “İsrailin qətiyyətini sınamamağa” çağırdı. Zərif isə eyni yerdə bir neçə saat sonra çıxış edərək baş nazirin çıxışını “sirk” adlandırdı.

“Tehranın İŞİD üzərində qələbədən sonra Suriyada öz mövcudluğunu möhkəmləndirməyə çalışarsa, bu hadisələr yeni və daha genişmiqyaslı müharibənin ilk səhnəsi olacaq” - müəlliflər hesab edirlər.

Onların fikrincə, mümkün münaqişədə həmçinin “Xalq səfərbərlik gücləri”, ilk növbədə İran İslam İnqilabı Keşikçilər Korpusu tərəfindən dəstəklənən İraq şiə silahlı qruplaşmaları iştirak edəcəklər.

Müəlliflərin fikrincə, formalaşan vəziyyətdə ABŞ həm də silahların çatdırılması ilə İsrailə daha ciddi dəstək göstərməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm