Kiyevdə Xocalı soyqırımı anılıb
Bizi izləyin

Dünya

Kiyevdə Xocalı soyqırımı anılıb

Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Gənclər Birliyi Xocalı fəciəsinin 26-cı il dönümünə həsr olunmuş “İşğal altında olan ərazilər” mövzusunda açıq müzakirə təşkil edib.

Publika.az xəbər verir ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində keçirilən müzakirələrdə Ukraynadakı azərbaycanlı gənclər, diaspor rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbirdə 1992-ci il fevralı 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri tərəfindən Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərdən bəhs edilib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva və gənc fəallar çıxış edərək qətliamla bağlı daha məlumat veriblər.

Tədbirin sonunda iştirakçılara Xocalı soyqırımını əks etdirən kitablar və broşurlar təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm